Gələcək layihələr Yeniliklər Rezervasiya
serwrwe
AZ
EN RU

Qida və içki üzrə menecer

Garabagh Resort & SPA üçün təcrübəli Qida və içki üzrə menecer axtarırıq! Restoran və bar xidmətlərini yüksək standartlarda idarə edəcək və qonaq məmnuniyyətini təmin edəcək peşəkar namizədləri gözləyirik.

Əsas Vəzifələr:

  • Şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması;
  • Qida və içki xidmatlərinin yüksək səviyyədə təmin edilməsi üzrə nəzarətin aparılması;
  • İaşə departamentinə aid anbarın mütəmadi şəkildə  kontrol edilməsi;
  • Gündəlik əməliyyatların (kassa) idarə edilməsi;
  • Mövcut menyu haqqında təlimlər zamanı şöbə əməkdaşlarına məlumatın verilməsi (porsiyalar, içindəki maddələr və tərkinlər haqqda);
  • Hotelin qonaqpərvərlik standartlarına riayyət etməklə, müştəri məmnuniyyətinin qorunması üçün müxtəlif təlimlərin keçirilməsi;
  • Qonaqların özəl qida, içki ehtiyaclarını və istəklərinin həyata keçirilməsini təşkil edilməsi;
  • Hoteldə digər şöbələrlə mütəmadi olaraq əlaqələrin yaradılması və qonaqlarla bağlı məlumatların yoxlanılması;
  • Əməkdaşların hotelin standartlarına uyğun çalışmağına nəzarətin edilməsi;
  • Mütamadi olaraq toplantıların və inkişaf etdirici təlimlərin keçirilməsi;
  • Əksik və bitmiş məhsulların istifadəsini, sifarişini, satın almasını və təmirini həyata keçirilməsini təşkil edilməsi;
  • İaşə departamenti üçün nəzərdə tutulmuş büdcə daxilində işləmək;
  • Hotelin ümumi əraziləri  və xidmətləri barəsində yüksək dərəcədə məlumatın olması;
  • Baş tutacaq tədbirlər haqda qabağlayıcı məlumatların əldə edilməsi və bu barədə işçilərin məlumatlandırılması;
  • Tədbir üçün nəzərdə tutulmuş məkanların hazırlanması və kontrol edilməsi;
  • Mütamadi olaraq hesabatların və sənədlərin hazırlanmasını hayata keçirmək;
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi;
  • Baş verən ciddi iş pozuntusu və təhlükəli vəziyyəti rəhbərliyə məlumat verilməsi;
  • Proseduraların və işlərin qiymətləndirilməsi;
  • İş geyiminə riayyət etmək və departament əməkdaşlarından eyni diqqəti tələb etmək;
  • İaşə departamenti kompyuter sisteminin bütün aspektlərini, o cümlədən proqram təminatlarını, hesabat tərtibini, təhlilini və sadə konfiqurasiya dəyişikliklərini idarə edilməsi;
  • Gecə meneceri tərəfindən yaradılan fəaliyyət hesabatlarının nəzərdən keçirilməsi;
  • Qida və içki sifarişlərinin planlaşdırılması, proqnozlaşdırılması və icra edilməsi;
  • Müştərilərin xoş qarşılanmasına nəzarətin edilməsi;
  • İaşə departamenti əməkdaşlarının gigiyenik qaydalarına riayyət olunmasına nəzarətin edilməsi;
  • Şöbədə həftəlik iş qrafiklərinin hazırlanmasına və yerləşdirilməsinə nəzarət etmək, onların biznes ehtiyaclarını və digər əsas fəaliyyət göstəricilərini əks etdirdiyinə əmin olmaq.

Tələb olunan bacarıqlar:

  • Müvafiq sahə üzrə ali təhsil.
  • Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi.
  • Peşəkar, işgüzar görünüş və təqdimat;
  • Problemləri həll etmə bacarığı;
  • Əla təşkilatçılıq və inzibati bacarıqlar;
  • Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili – sərbəst, ingilis dili – yaxşı səviyyədə.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş saatları: 09:00-18:00 (Şənvə və bazar istirahət günü)
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq təyin edilir;
  • Könüllü tibbi sığorta (işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası) təmin edilir;
  • Əməkdaş yaşayış yeri və gündə üç dəfə qidalanma ilə təmin edilir;
  • İş yeri: Naftalan şəhəri, Garabag Resort&Spa Naftalan Hotel.

Uyğun namizədlər, CV-lərini hr@garabaghotel.az ünvana başlıq hissəsinə “Qida və içki üzrə menecer” qeyd edərək göndərə və ya müraciət et düyməsinə klik edə bilərlər (yalnız müvafiq vəzifə üzrə çalışmış namizədlər üzrəindən seçim aparılacaqdır).

Son müraciət tarixi: 20.04.2025

İndi müraciət edin
CV əlavə edin