
2016-cı ildən Qonaqpərvərlik Yaradırıq
Müasir səyahətçilərin ehtiyaclarını nəzərə alaraq, “TABIA Group” 2016-cı ildə (əvvəlki adı ilə “PMD Hospitality”) sözün əsl mənasında fövqəladə bir xidmət təklif etmək məqsədi ilə yaradılmışdır. Biz sağlamlığı diqqət mərkəzində saxlayaraq, regional ərazilərin cazibəsinə dəyər veririk və həmin ərazilərdəki yerli sakinlərin yaşayış tərzini dəstəkləməyə çalışırıq. Bizim özünəməxsus yanaşmamız rahatlığı, mədəni zənginliyi həm qonaqlara, həm də xidmət etdiyimiz sakinlərə müsbət təsir göstərmək amalını özündə birləşdirir.


Qonaqpərvərlik təcrübələrinizi başdan yaradırıq
Qonaqpərvərlik anlayışını yenidən müəyyənləşdirdiyimiz bu yerdə özünüzü bənzərsiz anlara və sərgüzəştlərə qərq edin. Əsas hədəfimiz hər bir qonağa dəyər verməklə hərtərəfli hotel idarəçiliyi xidmətlərini təqdim etməkdir.
Qonaqlarımızın və əməkdaşlarımızın ehtiyaclarını missiyamızın prioritetinə çevirməklə, biz zamansız qonaqpərvərlik ənənəsini yenilikçi həllərlə birləşdiririk. Bununla yanaşı, sizə səyahətiniz bitdikdən sonra belə uzun müddət yaddaşınızdan silinməyəcək bənzərsiz və unudulmaz təcrübələr yaşadırıq.

Qonaq kimi gəlin, dost kimi gedin
Hotel və resortlarımızda əsl rahatlıq və zərafəti hiss edin. Fərdi xidmət, dəbdəbəli otaqlar və ləziz yeməklərimizdən həzz alın. Həmçinin xüsusi sağlamlıq təkliflərimizdən faydalanın. Hər anın gözləntilərinizdən daha yaxşısını yaşamağınız və ruhunuzu bəsləmək üçün nəzərdə tutulduğu mükəmməl bir tətil sizi gözləyir.
Növbəti səyahətinizi bron edin