Ramada Plaza by Wyndham
Ramada Plaza Gəncə, Gəncənin mərkəzində müasir ticarət və istirahət zonasında, Gəncə Beynəlxalq Hava limanından 10 dəqiqəlik məsafədə yerləşir. Hotel qədim ipək yolunun əsas hissəsi olan Bakı-Tbilisi şosesində yerləşir və 2010-cu ildə tikilmişdir. 181 qonaq otağı və syutları, sizin lüksunuz və rahatlığınız üçün bir çox xidmət təklif edir.
Növbəti səyahətinizi bron edin
Səyahət burada başlayır
Mehriban işçi heyətimiz və onların yüksək keyfiyyətli fərdi xidməti sizin istirahətinizi unudulmaz edəcək. Hoteldəki restoranlar milli və beynəlxalq mətbəxin ləziz təamlarını təqdim edir. Yorğun bir gündən sonra hotelimizdəki sauna, buxar otağı, açıq və qapalı hovuz, idman zalı, masaj xidmət və masaj kafedra, stolüstü tennis, bilyard sizi gözləyir.
Növbəti macəranıza başlayın