Chief Engineer
Garabagh Resort & SPA üçün təcrübəli Baş mühəndis axtarırıq!
Əmək funksiyası tələbləri:
- Texniki şöbənin düzgün təşkilini, idarə olunmasını təmin etmək;
- İllik texniki fəaliyyət planını hazırlamaq və təsdiqlədərək icra etmək;
- Texniki şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsinə nəzarət etmək;
- Qurğu və avadanlıqlara profilaktik texniki xidmət, qonaq otaqlarında texniki xidmətlərin yerinə yetirilməsinə nəzarət etmək;
- Binanın, onun içindəkilərin və ətrafının hər zaman optimal vəziyyətdə olmasını təmin etmək üçün digər gündəlik ümumi təmir və təmir işləri ilə birlikdə effektiv problem hesabatı sisteminin tətbiqinə rəhbərlik etmək;
- Bütün daxili şöbələrin şikayətləri və sorğularına nəzakətlə və effektiv şəkildə cavab verildiyinə, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;
- Bütün mexaniki və elektrik qurğularının və ya avadanlıqlarının, soyutma qurğuları, soyuducular, kondisionerlər və fanlar, nasoslar, qazanlar Avtomatik İdarəetmə Sistemləri, kanalizasiya və s. hər bir elementi üçün profilaktik təmir cədvəllərini tərtib etmək. Bu cədvəlləri kompleks profilaktik baxım sxeminin işlənib hazırlanmasına daxil etmək, onun davamlı həyata keçirilməsində köməkçisinin, onun ixtisaslı, yarımixtisaslı ustalardan ibarət komandasının işinə rəhbərlik etmək və onlara nəzarət etmək;
- Texniki şöbənin fəaliyyətinin və tələb olunan ərazilərin təkmilləşdirilməsi məqsədilə daimi yeni təkliflər hazırlayaraq rəhbərliyə təqdim etmək və təsdiq olunduqda icrasını həyata keçirmək;
- Bütün bitkilərin və yaşıllaşdırmanın hər zaman yaxşı vəziyyətdə olmasını təmin etmək.
- Texniki şöbənin müntəzəm daxili hesabat görüşlərində iştirak etmək və tələb olunduqda, daxili təlimatlandırma və iclasların səmərəli şəkildə təşkil edilməsini təmin etmək;
- Şöbənin tələblərə uyğun fəaliyyətini təşkil etmək məqsədilə digər şöbələr ilə qarşılıqlı əlaqə qurmaq və idarə etmək;
- Qonaqpərvərlik standartlarına riayət etmək, qonaqlarla əlaqədar texniki xidmət sorğularının vaxtlı-vaxtında tamamlanmasını təmin etmək;
- Xidmətlərin təkmilləşdirilməsi, xərclərin azaldılması, keyfiyyətin yaxşılaşdırılması, risklərin azaldılması, texniki qulluq və iş yerinin effektivliyinə təsir edən digər müvafiq amillərə yönəlmiş təşəbbüsləri fəal şəkildə müəyyənləşdirmək və tövsiyə vermək;
- Bina, onun sistemləri və istismar prosedurlarının qüvvədə olan daxili prosedurlar və qanunvericiliklə uyğunluq təşkil etməsinin təmin olunmasını təmin etmək, hər hansı uyğunsuzluq aşkar edildikdə, bu barədə rəhbərliyə xəbər vermək;
- Texniki şöbənin bütün qeydiyyat jurnallarının qeydlərinə nəzarət etmək və onları yoxlayaraq təsdiqləmək;
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil.
- Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi.
- Peşəkar, işgüzar görünüş və təqdimat;
- Problemləri həll etmə bacarığı;
- Əla təşkilatçılıq bacarığı;
- Kompüter bilikləri: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;
- Dil bilikləri: Azərbaycan dili və rus dili – sərbəst, ingilis dili – yaxşı səviyyədə
-
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş saatları: 09:00-18:00 (Şənbə və bazar istirahət günü)
- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq təyin edilir;
- Könüllü tibbi sığorta (işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası) təmin edilir;
- Əməkdaş yaşayış yeri və gündə üç dəfə qidalanma ilə təmin edilir;
- İş yeri: Naftalan şəhəri, Garabag Resort&Spa Naftalan Hotel.
Apply now